Millimiz "Keşlə"ni uddu, "Neftçi"yə uduzdu

Millimiz "Keşlə"ni uddu, "Neftçi"yə uduzdu Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunları keçirib.
Futbol
28 Fevral , 2020 18:09
Millimiz Keşləni uddu, Neftçiyə uduzdu

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunları keçirib. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə “Keşlə”nin eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:1 hesablı qələbə qazanıb. U-19-un qollarını Rüfət Əhmədov, Samir Məhərrəmli və Camal Cəfərov vurub.

Bu gün isə “Neftçi-2" ilə keçirilmiş görüş U-19-un məğlubiyyəti ilə yekunlaşıb - 1:2. Yığmadan Camal Cəfərov fərqlənib.

Son xəbərlər

Orphus sistemi