"Qəbələ"nin baş məşqçisi: "Millidə futbolçumuzun olmaması bizim üçün yaxşı hal deyil"

"Qəbələ"nin baş məşqçisi: "Millidə futbolçumuzun olmaması bizim üçün yaxşı hal deyil" Neftçi hazırda çempionatımızda liderdir. Bizi maraqlı və gərgin qarşılaşma gözləyir.
Futbol
13 Mart , 2019 20:19
Qəbələnin baş məşqçisi: Millidə futbolçumuzun olmaması bizim üçün yaxşı hal deyil
Sənan Qurbanov

"Neftçi" hazırda çempionatımızda liderdir. Bizi maraqlı və gərgin qarşılaşma gözləyir".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə qarşılaşacaqları "Neftçi" ilə matç barədə danışarkən deyib.

39 yaşlı mütəxəssis həmin oyunda həm komanda azarkeşlərini, həm də özlərini sevindirmək üçün meydana çıxacaqlarını bildirib. 

Qurbanov oyunun keçiriləcəyi "Bakcell Arena"ya yaxşı nəticə və yaxşı oyun üçün gedəcəklərini söyləyib: "Meydana çıxırıqsa, bir məqsədimiz var. Hər oyuna qələbə üçün çıxırıq. Bunun nə qədər alınıb-alınmadığını zaman göstərir. Növbəti matçlarda da əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, xal və xallar qazana bilək".

Gənc məşqçi rəqibin heyətində cəzalı Baqali Dabonun yerini doldura biləcək futbolçuların olduğunu vurğulayıb: "Neftçi qış transfer pəncərəsində fəal idi. Yetəri qədər legioner futbolçuları var. Düşünürəm ki, "Neftçi" kimi komandada bir oyunçunun olmaması problem yaratmamalıdır".

Qurbanov Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin yığmanın heyətinə "Qəbələ"dən futbolçu çağırmamasına da münasibət bildirib: "Milli komandada futbolçumuzun olmaması bizim üçün yaxşı hal deyil. Bu məşqçinin öz fikridir. İstəyərdik ki, bizim də oyunçularımız yığma komandada yer alsın. Yurçeviç yığmada yeni baş məşqçidir. Bizim heyətimizdə yetəri qədər təcrübəli futbolçular var. Baş məşqçi nəyə görə bu qərarı qəbul edib, başa düşmürəm. İnanmıram ki, futbolçularımızı qısa vaxt ərzində yaxından tanısın. Düşünürəm ki, zaman keçdikcə futbolçularımız milli komandaya cəlb olunacaq". 

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" matçı martın 15-də saat 19:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi