Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti öz postundan ayrılacaq

Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti öz postundan ayrılacaq Bakı. 27 noyabr. REPORT.AZ/ Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) prezidenti Şeyx Əhməd Əl Fahad Əl Sabah postundan ayrılacaq.
Futbol
27 Noyabr , 2018 18:27
Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti öz postundan ayrılacaq

Bakı. 27 noyabr. REPORT.AZ/ Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) prezidenti Şeyx Əhməd Əl Fahad Əl Sabah postundan ayrılacaq.

"Report" "Inside the Games" nəşrinə istinadən xəbər verir ki, o, Küveyt hökumət nümayəndələrinin əleyhinə saxta videolar hazırlamaqda şübhəli bilinir. 

Seyx Əhməd həmçinin Belnəlxalq Olimpiya Komitəsinin (IOC) Olimpiya Həmrəyliyi Komissiyasının sədri vəzifəsini müvəqqəti tərk edib və araşdırma başa çatana qədər onun üzvlüyü dayandırılıb. IOC-un prezidenti Tomas Bax Şeyx Əhmədin istefa verməsini istəyib. O, noyabrın 28-də ANOC-un prezidenti postundan uzaqlaşdırılacaq.

Onu bu postda müvəqqəti olaraq Fiji Okeaniya Olimpiya Komitələri Assosiasiyasının prezidenti Robin Mitçell əvəzləyəcək. Son hadisələrlə bağlı qurumda seçkilərin də təxirə salınması qərarı verilib. ANOC-un prezidenti uruqvaylı Xulio Maqlione olmalı idi, amma o, bundan imtina edib.

Qeyd edək ki, ANOC 1979-cü ildə yaradılıb. IOC tərəfindən tanınan qurum 206 milli olimpiya komitəsini bir araya gətirir. Şeyx Əhməd Əl Fahad Əl Sabah 2012-ci ildən bu qurumun prezidentidir. 

Son xəbərlər

Orphus sistemi