Yuxarı
    Bağlamaq

    ​Milli komandanın qapıçısı "İnter"dən ayrılıb

    Onu Səlahət Ağayev əvəzləyəcək

    Bakı. 25 may. REPORT.AZ/ Bakının "İnter" klubu Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.

    Bu barədə "Report"a klubdan məlumat verilib.

    Bildirilib ki, klub K.Ağayevlə yanaşı komandanın digər qapıçısı Elşən Poladovun da xidmətində maraqlı olmayıb. Bununla da hazırda "bankirlər"in heyətində yalnız gürcüstanlı qapıçı Georgi Lomaya qalıb.

    Klub yeni qapıçı axtarışlarını davam etdirir və milli komandanın digər qapıçısı Səlahət Ağayevlə danışıqlar aparır. Hazırda milli komanda ilə birgə Avstriyada təlim-məşq toplanışında olan S.Ağayev Bakıya qayıtdıqdan sonra onunla müqavilə imzalanacaq.

    Qeyd edək ki, bundan əvvəl "İnter" hücumçu Vüqar Nadirov və müdafiəçi Laşa Salukvadze ilə yollarını ayırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi