Azərbaycan millisinin məşqçiləri "Qəbələ" və Tuğrul Eratın oyunlarını izləyəcək

Azərbaycan millisinin məşqçiləri "Qəbələ" və Tuğrul Eratın oyunlarını izləyəcək Qordan Tsipriç Almaniyaya, Elxan Abdullayev Rusiyaya yollanacaq
Futbol
23 Sentyabr , 2015 16:24
Azərbaycan millisinin məşqçiləri Qəbələ və Tuğrul Eratın oyunlarını izləyəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Qordan Tsipriç Almaniyanın Münhenqladbax şəhərinə yollanacaq. "Report"un məlumatına görə, məqsəd millinin üzvü Tuğrul Eratın çıxışını izləməkdən ibarətdir.

T.Eratın çıxış etdiyi "Borussiya-2" (Münhenqladbax) sentyabrın 26-da "Fortuna-2" (Düsseldorf) ilə qarşılaşacaq. Digər köməkçi-məşqçi Elxan Abdullayev isə oktyabrın 1-də Rusiya "Krasnodar"ı ilə "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin II tur matçını izləyəcək.

Son xəbərlər

Orphus sistemi