Yuxarı

Azərbaycan millisinin İtaliya və Bolqarıstanla oyunlar üçün heyəti açıqlanıb

Baş məşqçi Robert Prosineçki heyətə 21 futbolçu cəlb edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının AVRO-2016-nın seçmə qrup mərhələsi çərçivəsində İtaliya və Bolqarıstan yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki heyətə 21 futbolçu cəlb edib.

Onlardan 5-i - Kamran Ağayev ("Karşıyaka", Türkiyə), Pavel Paşayev ("Metallurq" Zaparojye, Ukrayna), Dmitri Nazarov ("Karlsuhe", Almaniya), Tuğrul Erat ("Fortuna", Almaniya) və Eddi İsrafilov ("Eybar", İspaniya) legionerdir.

Heyətə cəlb olunan futbolçular bunlardır:

Qapıçılar: Kamran Ağayev ("Karşıyaka", Türkiyə), Aqil Məmmədov ("Neftçi"), Anar Nəzirov ("Zirə")

Müdafiəçilər: Tərlan Quliyev ("Kəpəz"), Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov (hamısı "Qarabağ"), Arif Daşdəmirov, Ruslan Abışov (hər ikisi "Qəbələ"), Pavel Paşayev ("Metallurq", Zaporojye, Ukrayna)

Yarımmüdafiəçilər: Rəşad Sadiqov ("Qəbələ"), Qara Qarayev, Cavid Tağıyev, Əfran İsmayılov (hamısı "Qarabağ"), Dmitri Nazarov ("Karlsruhe", Almaniya), Rəhman Hacıyev ("Neftçi"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Tuğrul Erat ("Fortuna", Dusseldorf-Almaniya)

Hücumçular: Ruslan Qurbanov ("Neftçi"), Elnur Cəfərov ("Xəzər Lənkəran"), Eddi İsrafilov ("Eybar", İspaniya)

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da Bakı Olimpiya Stadionunda İtaliya, üç gün sonra isə Sofiyada Bolqarıstan yığması ilə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi