Yuxarı

Milli komandanın baş məşqçisi "Qarabağ" - "Zirə" oyununu izləyir

Robert Prosineçki ilə yanaşı, millinin məşqçisi Mahmud Qurbanov və digər köməkçiləri də arenadadır

Bakı. 19 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"ya gəlib.

"Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının V turunda keçirilən "Qarabağ" - "Zirə" oyununu izləyir.

R.Prosineçki ilə yanaşı, millinin məşqçisi Mahmud Qurbanov və digər köməkçiləri də arenadadır.

Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi