Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, AFFA-nın baş sponsoru
Toplantıda aşağı yaş qruplarından ibarət milli komandalarda baş məşqçi təyinatları təsdiqlənib. Azərbaycanın U-21 komandası Milan Obradoviçə, U-19 yığması Samir Əliyevə, U-15 və U-16 komandaları isə Miloş Velebitə həvalə olunub.
Miloş Velebit eyni zamanda U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycanın əsas milli komandasındakı baş məşqçi postuna xorvatiyalı Nikola Yurçeviç təyin olunub.