Millətlər Liqasında Çexiya ilə oyundan sonra Ukrayna yığmasının 8 azarkeşi həbs olunub

Millətlər Liqasında Çexiya ilə oyundan sonra Ukrayna yığmasının 8 azarkeşi həbs olunub Bakı. 7 sentyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının I turun Çexiya ilə səfər oyunundan sonra Ukrayna yığmasının 8 azarkeşi həbs edilib.
Futbol
7 Sentyabr , 2018 11:53
Millətlər Liqasında Çexiya ilə oyundan sonra Ukrayna yığmasının 8 azarkeşi həbs olunub

Bakı. 7 sentyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasının I turun Çexiya ilə səfər oyunundan sonra Ukrayna yığmasının 8 azarkeşi həbs edilib.

“Report” “Sportarena”ya istinadən xəbər verir ki, səbəb fanatların matçın yekununda meydana girməyə cəhd etmələri olub. Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko tərəfdarları polisin əlindən almağa çalışsa da, buna nail ola bilməyib.

Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavlenkonun həbs edilən azarkeşlərin sərbəst buraxılması üçün polis bölməsinə getdiyi bildirilir.

Qeyd edək ki, Ukrayna millisi mindən çox azarkeşinin tribunadan izlədiyi oyunda 2:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi