Millətlər Liqası: VI turun ilk oyunlarından sonra 3 qrupun qalibi müəyyənləşəcək - AFİŞA

Millətlər Liqası: VI turun ilk oyunlarından sonra 3 qrupun qalibi müəyyənləşəcək - AFİŞA Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün UEFA Millətlər Liqasında VI turun oyunlarına start veriləcək.
Futbol
18 Noyabr , 2018 10:56
Millətlər Liqası: VI turun ilk oyunlarından sonra 3 qrupun qalibi müəyyənləşəcək  - AFİŞA

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün UEFA Millətlər Liqasında VI turun oyunlarına start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunacaq. Növbəti mərhələyə yüksələn daha 3 komanda müəyyənləşəcək.

A Liqasında iki qarşılaşma keçiriləcək. II qrupun sonuncu – həlledici matçında İsveçrə evdə Belçika ilə üz-üzə gələcək. Qonaqlar bu matçdan ən azı heç-heçə ilə ayrılsalar, növbəti mərhələyə yüksələcəklər.

IV qrupda isə İngiltərə və Xorvatiya yığmaları vacib görüşdə qarşılaşacaqlar. Bu dueldən qalib ayrılan komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Oyun bərabərliklə yekunlaşsa, qrupun digər üzvü İspaniya növbəti mərhələdə mübarizə aparacaq.

B Liqasının III qrupunda keçiriləcək Şimali İrlandiya – Avstriya matçı heç bir əhəmiyyət kəsb etməyəcək. Bosniya və Herseqovina artıq növbəti mərhələni vaxtından əvvəl təmin edib.

C Liqasının II qrupunda Yunanıstan Estoniyanı, Macarıstan isə Finlandiyanı qəbul edəcək. Bu qrupda da Finlandiya növbəti mərhələyə vəsiqəni öncədən qazanıb.

D Liqasının II qrupunda isə Moldova evdə Lüksemburqla, San Marino isə Belarusla münasibətlərə aydınlıq gətirəcək. Belarus səfərdə bir xal qazanacağı təqdirdə, digər matçın nəticəsindən aslı olmayaraq növbəti mərhələni təmin edəcək.

18 noyabr

Millətlər Liqası

VI tur

A Liqası

2-ci qrup

23:45. İsveçrə - Belçika

Xal durumu: Belçika – 9 xal (3 oyun), İsveçrə - 6 (3), İslandiya – 0 (3)

4-cü qrup

18:00. İngiltərə - Xorvatiya

Xal durumu: İspaniya – 6 xal (4 oyun), İngiltərə - 4 (3), Xorvatiya – 4 (3)

B Liqası

3-cü qrup

21:00. Şimali İrlandiya – Avstriya

Xal durumu: Bosniya və Herseqovina – 10 xal (4 oyun), Avstriya – 4 (3), Şimali İrlandiya – 0 (3)

C Liqası

2-ci qrup

23:45. Yunanıstan - Estoniya

23:45 Macarıstan – Finlandiya

Xal durumu: Finlandiya – 12 xal (5 oyun), Yunanıstan – 9 (5), Macarıstan – 7 (5), Estoniya – 1 (5)

D Liqası

2-ci qrup

21:00. Moldova – Lüksemburq

21:00. San Marino – Belarus

Xal durumu: Belarus – 11 (5), Lüksemburq – 9 (5), Moldova – 8 (5), San Marino – 0 (5).

Son xəbərlər

Orphus sistemi