​Millət vəkilləri Türkiyə Futbol Federasiyası və Hakimlər Komitəsinə qırmızı vərəqə göstərib

​Millət vəkilləri Türkiyə Futbol Federasiyası və Hakimlər Komitəsinə qırmızı vərəqə göstərib Onlar TFF və MHK-nın rəhbər və nümayəndələrini istefaya çağırıb
Futbol
24 Fevral , 2016 12:55
​Millət vəkilləri Türkiyə Futbol Federasiyası və Hakimlər Komitəsinə qırmızı vərəqə göstərib

Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyənin Ədalət və İnkişaf Partiyasının Trabzondan olan millət vəkilləri "Trabzonspor" forması ilə qatıldıqları mətbuat konfransında Super Liqanın XXII turunun "Qalatasaray"la oyununda verilən qırmızı vərəqələrə etiraz ediblər. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, deputatlar Türkiyə Futbol Federasiyasının (TFF) və Mərkəzi Hakimlər Komitəsinin (MHK) rəhbərliyini istefa verməyə çağırıb.

Konfransda Ayşe Sula Köseoğlu, Adnan Günnar, Muhammet Balta ve Salih Cora iştirak edib. Onlar oyunun baş hakimi Deniz Ateş Bitnelin idarəçiliyinin Türkiyə futbolunu dünyada biabır etdiyini bildiriblər. Millət vəkilləri TFF və MHK-nın təmiz futbol adına heç bir iş görə bilmədiklərini söyləyiblər.

Konfransın sonunda millət vəkilləri TFF və MHK-ya qırmızı vərəqə göstəriblər.

Son xəbərlər

Orphus sistemi