Yuxarı

​"Milan"ın sabiq futbolçusu Qazaxıstan yığmasına baş məşqçi təyin oluna bilər

Yayda tərəflər danışıqlara başlayacaq

Bakı. 23 aprel. REPORT.AZ/ Futbol üzrə Qazaxıstan milli komandası "Milan" klubunun sabiq futbolçu Cennaro Qattuzoya həvalə oluna bilər.

"Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, hazırda İtaliyanın 3-cü liqasında çıxış edən "Piza"nın baş məşqçi olan C.Qattuzo mövsüm sonunda Qazaxıstan Futbol Federasiyasının nümayəndələri ilə danışıqlar aparacaq.

Tərəflər razılığa gələrsə, C.Qattuzo baş məşqçilik karyerasını Qazaxıstanda davam etdirəcək.

Qeyd edək ki, Qazaxıstan Futbol Federasiyası rusiyalı Yuriy Krasnojanla ötən ilin dekabrında yolları ayırıb. Hazırda yığmanın baş məşqçisi vəzifəsini Talqat Baysufinov və Nurken Mazbayev həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi