"Milan" Qonsalo İquainin icarəsi üçün "Yuventus"la razılıq əldə edib

"Milan" Qonsalo İquainin icarəsi üçün "Yuventus"la razılıq əldə edib Bakı. 28 iyul. REPORT.AZ/ İtaliyanın “Milan” klubu Argentina millisinin futbolçusu Qonsalo İquaini icarəyə götürməklə bağlı A seriyasının qalibi “Yuventus”la razılıq əldə edib.
Futbol
28 İyul , 2018 10:19
Milan Qonsalo İquainin icarəsi üçün Yuventusla razılıq əldə edib

Bakı. 28 iyul. REPORT.AZ/ İtaliyanın “Milan” klubu Argentina millisinin futbolçusu Qonsalo İquaini icarəyə götürməklə bağlı A seriyasının qalibi “Yuventus”la razılıq əldə edib.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, Milan təmsilçisi 31 yaşlı hücumçunun bir illik icarəsi üçün turinlilərə 15 milyon avro ödəyəcək. Üstəlik, “qırmızı-qaralar” növbəti mövsüm başa çatandan sonra İquaini almalıdırlar.

Keçidlə bağlı yeganə problem argentinalı forvardın illik maaşının 7,5 milyon avro qalmasını tələb etməsi ola bilər.

Qeyd edək ki, “Yuventus” İquaini 2016-cı ilin yayında “Napoli”dən 90 milyona avroya alıb. O, ötən mövsüm Turin təmsilçisinin heyətində keçirdiyi 50 oyunda 23 qol vurub.

Son xəbərlər

Orphus sistemi