"Milan" Qattuzonun rəhbərliyi altında ardıcıl ikinci dəfə məğlub olub - VİDEO

"Milan" Qattuzonun rəhbərliyi altında ardıcıl ikinci dəfə məğlub olub - VİDEO Görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb
Futbol
24 Dekabr , 2017 07:33
Milan Qattuzonun rəhbərliyi altında ardıcıl ikinci dəfə məğlub olub - VİDEO

Bakı. 24 dekabr. REPORT.AZ/ "Milan" İtaliya A Seriyasının 18-ci turunda öz meydanında "Atalanta"ya məğlub olub.

“Report” xəbər verir ki, Milanın "San-Siro" stadionunda keçirilən görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Beləliklə, "Milan" yeni baş məşqçi Cennaro Qattuzonun rəhbərliyi altında ölkə çempionatında ardıcıl ikinci dəfə məğlub olub və 24 xal ilə turnir cədvəlində 9-cu yerdə qərarlaşıb, "Atalanta" (27) 7-ci yerdədir.

İtaliya A Seriyası. 18-ci tur

"Milan" – "Atalanta" - 0:2

0:1 – Kristante – 32, 0:2 – İliçiç – 71

Son xəbərlər

Orphus sistemi