Yuxarı

"Milan" "Qarabağ"ın sabiq qapıçısı ilə vidalaşır

"Milan" "Qarabağ"ın sabiq qapıçısı ilə vidalaşır

Asmir Beqoviç

İtaliya təmsilçisi “Milan” “Qarabağ” klubunun sabiq qapıçısı Asmir Beqoviçlə yollarını ayıracaq.

“Report” “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, "qırmızı-qaralar" 33 yaşlı qolkiperi müqavilə ilə məxsus olduğu İngiltərə "Bornmut"undan almayacaq.

Bosniya və Herseqovina yığmasının üzvü yenidən İngiltərəyə qayıtmalı olacaq. "Bornmut"un isə Beqoviçi heyətində saxlayıb-saxlamayacağı bəlli deyil. 

Qeyd edək ki, Asmir Beqoviç mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi