Yuxarı

"Milan" ölkə çempionatında böyük hesabla məğlub olub - VİDEO

"Milan" ölkə çempionatında böyük hesabla məğlub olub - VİDEO
Görüş Veronanın 3:0 hesablı qələbəsi ilə başa çatıb

Bakı. 17 dekabr. REPORT.AZ/ "Milan" A Seriyasının 17-ci turu çərçivəsində keçirdiyi səfər qarşılaşmasında "Verona"ya böyük hesabla məğlub olub.

“Report” xəbər verir ki, görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində Antonio Karaççolo, Moyze Kin və Daniel Besa fərqlənib.

"Verona" bu qələbə sayəsində turnir cədvəlindəki təhlükəli zonadan uzaqlaşıb və hazırda 13 xal ilə 17-ci yerdədir. "Milan" 24 xal ilə 7-ci pillədə qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi