“Milan” klubunun sabiq futbolçusu Liberiyada prezidentliyə namizədliyini irəli sürüb

“Milan” klubunun sabiq futbolçusu Liberiyada prezidentliyə namizədliyini irəli sürüb Corc Vea ikinci dəfə Liberiyada seçkiyə qatılmağa qərar verib
Futbol
2 Avqust , 2017 10:22
“Milan” klubunun sabiq futbolçusu Liberiyada prezidentliyə namizədliyini irəli sürüb

Bakı. 2 avqust. REPORT.AZ/ Liberiya yığmasının sabiq futbolçusu və “Qızıl top” mükafatının sahibi Corc Vea ölkəsində prezidentliyə namizədliyini irəli sürüb.

“Report”un “Bloomberg”ə istinadən verdiyi məlumata görə, 51 yaşlı veteran Liberiyada ikinci dəfə seçkiyə qatılmağa qərar verib.

O, 2005-ci ildə namizəd olduğu seçkidə Afrika qitəsində ilk qadın prezidenti adını qazanan Elen Conson-Serlifə uduzub.

Qeyd edək ki, Corc Vea futbolçu karyerası ərzində “Milan”, “Monako”, PSJ, “Marsel”, “Çelsi” və “Mançester Siti” kimi klublarda çıxış edib. O, 1995-ci ilin “Qızıl top” mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi