"Milan" klubunun hücumçusu iki oyunluq cəzalanıb

"Milan" klubunun hücumçusu iki oyunluq cəzalanıb Bakı. 13 noyabr. REPORT.AZ/ İtaliyanın Milan klubunun futbolçusu Qonzalo İquain 2 oyunluq cəzalanıb.
Futbol
13 Noyabr , 2018 19:41
Milan klubunun hücumçusu iki oyunluq cəzalanıb

Bakı. 13 noyabr. REPORT.AZ/ İtaliyanın Milan klubunun futbolçusu Qonzalo İquain 2 oyunluq cəzalanıb.

"Report" "Football Italia"ya istinadən xəbər verir ki, buna 31 yaşlı hücumçunun İtaliya A Seriyasının XII turunda, doğma meydanda, "Yuventus"la matçda qırmızı vərəqə ilə cəzalanması səbəb olub.

Argentinalı forvard 83-cü dəqiqədə sarı vərəqə alıb. O, daha sonra qarşılaşmanın baş hakimi Paolo Mazzoleni ilə mübahisə etdikdən sonra ikinci sarı vərəqəni alıb və meydandan qovulub. 

Beləliklə, İquain "Parma" və "Latsio" ilə oyunlarda komandasına kömək edə bilməyəcək. 

Qeyd edək ki, görüş "Yuventus"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonzalo İquain cari mövsümün əvvəlində "Yuventus"dan "Milan"a keçib. O, Milan təmsilçisinin heyətində 10 oyun keçirib, 5 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi