Yuxarı

​"Milan" klubu yeni baş məşqçisi rəsmən açıqlayıb

Tərəflər arasında 2 illik müqavilə imzalanıb

Bakı. 29 iyun. REPORT.AZ/ İtaliyanın "Milan" klubu komandaya rəhbərlik edəcək baş məşqçinin adını rəsmən açıqlayıb. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar"ı Vinçentso Montella çalışdıracaq.

Tərəflər 2 illik müqaviləyə qol çəkib. Yerli mətbuatın iddiasına əsasən 42 yaşlı mütəxəssis "Milan"da ilinə 2,3 milyon avro qazanacaq.

Qeyd edək ki, V.Montella məşqçilik karyerası ərzində yalnız İtaliya klublarını çalışdırıb. O, "Roma", "Kataniya", "Fiorentina", və "Sampdoriya"nın baş məşqçisi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi