"Milan" klubu çinli səhmdarlara 740 milyon avroya satılıb - RƏSMİ

"Milan" klubu çinli səhmdarlara 740 milyon avroya satılıb - RƏSMİ Yeni rəhbərlik klubun Səhmdarlar Şurasının aprelin 14-də keçiriləcək iclasında seçiləcək
Futbol
13 Aprel , 2017 17:25
Milan klubu çinli səhmdarlara 740 milyon avroya satılıb - RƏSMİ

Bakı. 13 aprel. REPORT.AZ/ İtaliyanın "Milan" klubunun çinli səhmdarlara satışı rəsmən yekunlaşıb. "Report"un məlumatına görə, bu barədə klubu idarə edən "Finninvest" şirkətinin rəsmi saytında bildirilir.

Silvio Berluskoni ailəsinə məxsus İtaliyanın holdinq şirkəti klubun səhmlərinin 99,9 faizini çinli səhmdarlara satıb. Anlaşmanın ümumi məbləği 740 milyon avro təşkil edib. Bura "qırmızı-qaralar"ın borcları da daxildir. "Milan"ın yeni rəhbərləri klubun Səhmdarlar Şurasının aprelin 14-də keçiriləcək iclasında seçiləcəklər.

Qeyd edək ki, "Finninvest" şirkəti "Milan"ı 1986-cı ildə alıb. Həmin vaxtdan klub 8 qat İtaliya çempionu, ölkə kubokunun sahibi, Superkubokun 6 qat sahibi, Avropa Çempionlar Kubokunun (Çempionlar Liqasının) və UEFA Super Kubokunun 5 qat qalibi olub, Qitələrarası Kuboku və klublararası dünya çempionluğunu qazanıb. Hazırda "Milan" İtaliya A Seriyasında 31 turdan sonra 6-cı pillədə qərarlaşıb.      

Son xəbərlər

Orphus sistemi