"Milan" klubu "Beşiktaş"ın yarımmüdafiəçisini transfer edib

"Milan" klubu "Beşiktaş"ın yarımmüdafiəçisini transfer edib 31 yaşlı argentinalı futbolçu ilə ikiillik müqavilə imzalanıb
Futbol
17 Avqust , 2016 19:34
Milan klubu Beşiktaşın yarımmüdafiəçisini transfer edib

Bakı. 17 avqust. REPORT.AZ/ İtaliyanın "Milan" klubu Türkiyənin "Beşiktaş" komandasının yarımmüdafiəçisi Jose Sosanı transfer edib. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı argentinalı futbolçu ilə ikiillik müqavilə imzalanıb. 

Sosa "Milan"da 23 nömrəli forma ilə çıxış edəcək.  

İtaliya mətbuatı "Milan"ın argentinalı yarımmüdafiəçinin transferi üçün "Beşiktaş"a 7.5 mln. avro ödədiyini yazıb. 

Qeyd edək ki, Sosa "Beşiktaş"da öynadığı iki mövsümdə 78 oyunda 14 qol vurub.

Son xəbərlər

Orphus sistemi