Yuxarı

"Milan" klubu baş məşqçi ilə müqavilənin müddətini uzadıb

"Milan" klubu baş məşqçi ilə müqavilənin müddətini uzadıb
40 yaşlı məşqçi illik 2 milyon avro qazanacaq

Bakı. 5 aprel. REPORT.AZ/ İtaliyanın "Milan" klubu baş məşqçi Cennaro Qattuzo ilə yeni müqavilə imzalayıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisin müqaviləsi 2021-ci il iyunun 30-na kimi nəzərdə tutulub. 

Razılaşmaya əsasən, 40 yaşlı məşqçi illik 2 milyon avro qazanacaq.

Qeyd edək ki, Cennaro Qattuzo 2017-ci ilin noyabrında Vinçentso Montellanın əvəzinə bu vəzifəyə təyin olunub. Onun rəhbərliyi altında "Milan" klubu 25 matçda 13 qələbə, 6 heç-heçə və 6 məğlubiyyət əldə edib. Komanda İtaliya çempionatında 51 xalla 6-cı pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi