Yuxarı

​"Milan"ın səhmlərinin yarısı tailandlı iş adamına satılacaq

Tərəflər son 5 ayda 4 dəfə görüşüblər

Bakı. 6 iyun. REPORT.AZ/ İtaliyanın "Milan" klubunun səhmlərinin 47%-i tailandlı biznesmen Bi Taeçaubolaya satılacaq. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq B.Taeçaubola və klubun hazırkı rəhbəri Silvio Berluskoni arasında razılıq əldə edilib.

Son 5 ayda 4 dəfə görüşən tərəflər məsələdə ortaq məxrəcə gəliblər. 18 ay ərzində səhmlərin yarıdan çoxu Berluskoninin ixtiyarında olacaq və bu müddətdən sonra tailandlı iş adamına veriləcək. Hələlik bunun üçün nə qədər pul ödənildiyi açıqlanmır. Lakin ABŞ-da dərc olunan "Forbes" jurnalının hesablamalarına görə, "Milan"ın ümumi dəyəri 700 milyon avrodur.

Qeyd edək ki, "Milan" klubunun bütün səhmləri 1986-cı ildən S.Berluskoninin sahibi olduğu "Fininvest Holding Group"a məxsusdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi