"Milan"ın sabiq futbolçu reperliyə başlayıb

"Milan"ın sabiq futbolçu reperliyə başlayıb Bakı. 18 avqust. REPORT.AZ/ İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Kevin-Prins Boatenq reperliyə başlayıb.
Futbol
18 Avqust , 2018 09:33
Milanın sabiq futbolçu reperliyə başlayıb

Bakı. 18 avqust. REPORT.AZ/ İtaliyanın “Milan” klubunun sabiq futbolçusu Kevin-Prins Boatenq reperliyə başlayıb.

“Report” xəbər verir ki, hazırda İtaliyanın digər təmsilçisi - “Sassuolo”nun formasını geyinən 31 yaşlı hücumçu ilk klipini təqdim edib. O, “King” adlı mahnısına “YouTube”də qısa zaman ərzindən 200 mindən çox baxış olub.

Almaniyada doğulan qanalı futbolçu “PRINSS Boateng” ləqəbi ilə çıxış edəcək.

Qeyd edək ki, 2010-2014-cü illərdə Qana millisinin formasını geyinən forvard karyerası ərzində Almaniyanın “Herta”, “Şalke”, “Borussiya” (Dortmund), “Ayntraxt”, İngiltərənin “Tottenhem”, “Portsmut” və İspaniyanın “Las Palmas” komandalarında da çıxış edib. Onun “Bavariya”da top qovan qardaşı Jerom Boatenq isə Almaniya yığmasının üzvüdür.

Son xəbərlər

Orphus sistemi