"Milan"ın sabiq baş məşqçisi "Sevilya"ya rəhbərlik edəcək

"Milan"ın sabiq baş məşqçisi "Sevilya"ya rəhbərlik edəcək Montella ictimaiyyətə rəsmi olaraq 30 dekabr tarixində təqdim olunacaq
Futbol
28 Dekabr , 2017 22:59
Milanın sabiq baş məşqçisi Sevilyaya rəhbərlik edəcək

Bakı. 28 dekabr. REPORT.AZ/ İtaliyann "Milan" klubunun keçmiş baş məşqçisi Vinçentso Montella İspaniya "Sevilya"sını çalışdıracaq.

“Report” xəbər verir ki, bu barədə İspaniya komandasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər 2019-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqaviləyə dair prinsipial razılaşma əldə ediblər.

Montella ictimaiyyətə rəsmi olaraq 30 dekabr tarixində təqdim olunacaq, ardınca isə komanda ilə ilk məşqini keçirəcək.

Montella "Milan"dan qeyri-qənaətbəxş nəticələrə görə noyabrın sonunda qovulub.

Son xəbərlər

Orphus sistemi