"Milan"ın İbrahimoviçə təklif etdiyi müqavilənin detalları bəlli olub

"Milan"ın İbrahimoviçə təklif etdiyi müqavilənin detalları bəlli olub İtaliya təmsilçisi “Milan”ın ABŞ-ın “Los-Anceles Qelaksi” klubundan ayrılan Zlatan İbrahimoviçə təklif etdiyi müqavilənin detalları bəlli olub.
Futbol
21 Noyabr , 2019 14:17
Milanın İbrahimoviçə təklif etdiyi müqavilənin detalları bəlli olub

İtaliya təmsilçisi “Milan”ın ABŞ-ın “Los-Anceles Qelaksi” klubundan ayrılan Zlatan İbrahimoviçə təklif etdiyi müqavilənin detalları bəlli olub.

“Report” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “rossoneri”lər 38 yaşlı hücumçu ilə 6 ay + 1 il şərti ilə sözləşmə imzalamaq istəyirlər. “Milan”ın 18 ay üçün isveçli forvarda 6 milyon avro maaş təklif etdiyi bildirilir.

Qeyd edək ki, İbrahimoviç ötən il transfer olunduğu “Los-Anceles Qelaksi”nin heyətində keçirdiyi 58 oyundan 53 qol vurub və 15 məhsuldar ötürmə verib. Forvard daha öncə vətənində “Malmö”, Niderlandın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter”, “Milan”, İspaniyanın “Barselona”, Fransanın PSJ və İngiltərənin “Mançester Yunayted” komandalarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi