"Milan"ın futbolçusu videotəkrardan sonra meydandan qovulub

"Milan"ın futbolçusu videotəkrardan sonra meydandan qovulub İnsident "Milan" - "Cenoa" matçının 22-ci dəqiqəsində baş verib
Futbol
22 Oktyabr , 2017 19:59
Milanın futbolçusu videotəkrardan sonra meydandan qovulub

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Milan" klubunun müdafiəçisi Leonardo Bonuççi futbol üzrə İtaliya çempionatının 9-cu tur matçı zamanı hakimin videotəkrara baxmasından sonra meydandan qovulub.

“Report” xəbər verir ki, insident "Milan" - "Cenoa" matçının 22-ci dəqiqəsində baş verib.

Bonuççi top uğrunda mübarizə zamanı rəqib futbolçu Aleksandro Rozini yerə yıxıb. Hakim Pyero Cakomelli epizodun videotəkrarına baxdıqdan sonra Bonuççinin rəqib futbolçunu qəsdən dirsəklə vurduğunun şahidi olub və ona birbaşa qırmızı vərəqə göstərib.

Rəqibin azlıqda qalmasına baxmaayaraq "Milan" "Cenoa"nı məğlub edə bilməyib və görüş 0:0 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi