Yuxarı
    Bağlamaq

    "Milan" İtaliya çempionatında "Napoli"yə məğlub olub - VİDEO

    Görüş 1:2 hesabı ilə başa çatıb

    Bakı. 22 yanvar. REPORT.AZ/ "Milan" futbol üzrə İtaliya çempionatının 21-ci turunda doğma meydanda "Napoli"yə 1:2 hesabı ilə məğlub olub.

    “Report” xəbər verir ki, qonaqların heyətində Lorenso İnsinye (6-cı dəqiqə) və Xose Kalyexon (9) fərqlənib. Ev sahiblərinin yeganə qolunu Yuray Kutska (37) vurub.

    "Napoli" bu qələbə sayəsində ölkə çempionatında məğlubiyyətsizlik seriyasını uzatmış olub. Klub hazırda 21 oyundan sonra aktivində 44 xal ilə turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Milan" 20 oyuna topladığı 37 xalla 5-ci mövqedə gedir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi