"Milan" "İnter"lə oyunda məğlubiyyətdən 7-ci uzatma dəqiqəsində xilas olub - VİDEO

"Milan" "İnter"lə oyunda məğlubiyyətdən 7-ci uzatma dəqiqəsində xilas olub - VİDEO 32-ci tura derbi ilə start verilib
Futbol
15 Aprel , 2017 16:35
Milan İnterlə oyunda məğlubiyyətdən 7-ci uzatma dəqiqəsində xilas olub - VİDEO

Bakı. 15 aprel. REPORT.AZ/ Futbol üzrə İtaliya A Seriyasında 32-ci tura "İnter" - "Milan" matçı ilə start verilib.

"Report"un məlumatına görə, görüş heç-heçə ilə yekunlaşıb - 2:2. "İnter"in qollarını 36-cı dəqiqədə Antonio Kandreva, 44-cü dəqiqədə isə Mauro İkardi vurub. "Milan"dan isə 83-cü dəqiqədə Alessio Ramanyoli və 90+7-ci dəqiqədə fərqlənib.

Bu nəticədən sonra xallarını 58-ə yüksəldən "Milan" 6-cı, 56 xala malik "İnter" 7-ci pilləyə qalıb.

Qeyd edək ki, turnir cədvəlinə 31 oyundan 77 xalla "Yuventus" başçılıq edir. 

Son xəbərlər

Orphus sistemi