“Milan” “İnter”in yarımmüdafiəçisini transfer etmək istəyir

“Milan” “İnter”in yarımmüdafiəçisini transfer etmək istəyir “Milan” futbol komandası, İtaliya yığmasının və “İnter” in yarımmüdafiəçisi Matteo Politanonun kluba transfer edilməsi ilə bağlı danışıqlara başlayıb.
Futbol
9 Yanvar , 2020 05:33
“Milan” “İnter”in yarımmüdafiəçisini transfer etmək istəyir

“Milan” futbol komandası, İtaliya yığmasının və “İnter” in yarımmüdafiəçisi Matteo Politanonun kluba transfer edilməsi ilə bağlı danışıqlara başlayıb.

“Report” un məlumatına görə, bu barədə nüfuzlu italiyalı jurnalist Canluka Di Marzio məlumat verib.

Mənbənin məlumatına görə, qırmızı-qaralar artıq oyunçunun agentləri ilə danışıqlar aparıblar və məlum olub ki, “İnter” seçimini yalnız oyunçunun satışı ilə nəzərdən keçirir.

Yaxın günlərdə “Milan” 26 yaşlı italiyalı üçün “İnter” ə rəsmi təklif təqdim edəcək.

“Transfermarkt.de” xəbər verir ki, yarımmüdafiəçinin transfer dəyəri 28 milyon avrodur.

Son xəbərlər

Orphus sistemi