"Milan" İbrahimoviçin komandaya qayıtdığını bildirib

"Milan" İbrahimoviçin komandaya qayıtdığını bildirib İsveç hücumçusu Zlatan İbrahimoviç İtaliyanın Milan klubuna qayıdıb.
Futbol
27 Dekabr , 2019 22:35
Milan İbrahimoviçin komandaya qayıtdığını bildirib

İsveç hücumçusu Zlatan İbrahimoviç İtaliyanın "Milan" klubuna qayıdıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Milan"ın "Twitter"dəki rəsmi səhifəsində 38 yaşlı isveçlinin qayıdışını elan edən çarx yerləşdirilib.

"Agence France-Presse"nin məlumatına görə, İbrahimoviç klubla yarım illik müqavilə imzalayıb.

İbrahimoviçin son klubu ABŞ-ın "Los-Anceles Qelaksi" komandası olub. Futbolçunun komanda ilə müqaviləsi dekabrda başa çatır. İsveçli hücumçu komandada 58 matç keçirib və 53 qol vurub, habelə 15 səmərəli ötürmə edib.

İbrahimoviç "Milan"ın heyətində 2010-cu ildən 2012-ci ilə qədər oynayıb. Hücumçu komandada 85 matç keçirərək 56 qol vurub, eyni zamanda 24 məhsuldar ötürmə edib.  

Ötən gün İtaliya mətbuatında hücumçunun "Milan"la 6 aylıq müqavilə imzalayacağı barədə xəbər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi