"Milan" "Çelsi"nin futbolçusunu icarəyə götürüb

"Milan" "Çelsi"nin futbolçusunu icarəyə götürüb Bakı. 14 avqust. REPORT.AZ/ İtaliyanın “Milan” klubu İngiltərə təmsilçisi “Çelsi”nin futbolçusu Tyemue Bakayokonu icarəyə götürüb.
Futbol
14 Avqust , 2018 16:15
Milan Çelsinin futbolçusunu icarəyə götürüb

Bakı. 14 avqust. REPORT.AZ/ İtaliyanın “Milan” klubu İngiltərə təmsilçisi “Çelsi”nin futbolçusu Tyemue Bakayokonu icarəyə götürüb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi 2018/2019 mövsümündə “qara-qırmızı” formanı geyinəcək.

“Sky Italia”nın məlumatına görə, fransalı futbolçunun icarəsi üçün “Çelsi”yə 5 milyon avro ödəniləcək. İtaliyalıların Bakayokonu mövsümün sonunda 35 milyon avroya transfer etmək hüququ var.

Qeyd edək ki, “Çelsi” Tyemue Bakayokonu 2017-ci ilin yayında Fransanın “Monako” klubundan 45 milyon avroya alıb. O, ötən mövsüm 43 oyunda iştirak edib və 3 qol vurmaqla yanaşı, eyni sayda məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi