Yuxarı

Meydançaya ildırım düşməsi nəticəsində 10 futbolçu yaralanıb

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir

Bakı. 11 avqust. REPORT.AZ/ Bosniya və Herseqovinanın "Oraşye" futbol komandasının məşq etdiyi meydançaya ildırım düşüb. 

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 10 futbolçu xəsarət alıb.

Həkimlər 19 yaşlı futbolçu Adin Alihodziçin vəziyyətinin ağır olduğunu və həyati təhlükəsinin davam etdiyini bildiriblər. Bundan başqa, 3 futbolçu xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Oraşye" Bosniya və Herseqovinanın ikinci liqasında mübarizə aparır və eyniadlı şəhəri təmsil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi