Mesut Özil mövsümü erkən başa vurub

Mesut Özil mövsümü erkən başa vurub Bakı. 7 may. REPORT.AZ/ İngiltərənin “Arsenal” komandasının futbolçusu Mesut Özil mövsümü erkən başa vurub.
Futbol
7 May , 2018 20:00
Mesut Özil mövsümü erkən başa vurub

Bakı. 7 may. REPORT.AZ/ İngiltərənin “Arsenal” komandasının futbolçusu Mesut Özil mövsümü erkən başa vurub.

“Report”un məlumatına görə, bu barədə London təmsilçisinin baş məşqçisi Arsen Venger “Sky Sports”a bildirib.

O deyib ki, 30 yaşlı yarımmüdafiəçinin bel ağrıları yenidən baş qaldırıb: “Onun hansı müddətə sıradan çıxdığını bilmirəm. Fikrimcə, mövsümün sonuna qədər oynamayacaq”.

Qeyd edək ki, Özil cari mövsümdə 26 matçda meydana çıxıb. O, 4 qol vurub və 8 məhsuldar ötürmə verib. Premyer Liqanın başa çatmasına bir tur qalsa da, “Arsenal”ın ehtiyatda daha bir oyunu var.

Son xəbərlər

Orphus sistemi