Məsut Özil dördüncü dəfə Almaniya yığmasının ən yaxşı futbolçusu sayılıb

Məsut Özil dördüncü dəfə Almaniya yığmasının ən yaxşı futbolçusu sayılıb Türk əsilli yarımmüdafiəçi 51 min azarkeş arasındakı səsvermədə hamını qabaqlayıb
Futbol
15 Yanvar , 2016 11:54
Məsut Özil dördüncü dəfə Almaniya yığmasının ən yaxşı futbolçusu sayılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Məsut Özil Almaniya yığmasının ən yaxşı futbolçusu sayılıb. "Report"un məlumatına görə, bu, Almaniya Futbol İttifaqının rəsmi saytında azarkeşlər arasında keçirilmiş səsvermə nəticəsində müəyyənləşib. 

Səsverməyə 51 min azarkeş qatılıb. 27 yaşlı türk əsilli orta sahə oyunçusu 45,9 faiz səs toplayıb. O, "Bavariya"nın hücumçusu Tomas Müllerlə (15,9 faiz) "Köln"ün müdafiəçisi Yonas Hektoru (13,6 faiz) üstələyib. 

Qeyd edək ki, Məsut Özil bu mükafatı son 5 ildə 4-cü dəfə qazanıb. O, 2011 - 2013-cü illərdə dalbadal 3 dəfə Almaniyanın ən yaxşı futbolçusu sayılıb.

Son xəbərlər

Orphus sistemi