Messinin şəxsi təyyarəsi Brüsselə məcburi eniş etdi

Messinin şəxsi təyyarəsi Brüsselə məcburi eniş etdi İspaniyanın Barselona klubunun kapitanı Lionel Messiyə məxsus təyyarə texniki problemlərə görə Belçikanın paytaxtı Brüsselə məcburi eniş edib.
Futbol
3 Aprel , 2020 16:03
Messinin şəxsi təyyarəsi Brüsselə məcburi eniş etdi
0 : 00
0 : 00

İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messiyə məxsus təyyarə texniki problemlərə görə Belçikanın paytaxtı Brüsselə məcburi eniş edib.

"Report" Britaniyanın "The Sun" nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu və ailəsinin hava gəmisində olub-olmaması barədə məlumat yoxdur.

İddiaya görə, ötən gün Argentinadan havaya qalxan təyyarə Braziliyada fasilə verdikdən sonra bu gün Brüsseldəki hava limanına enib. Ardınca təyyarə İspaniyanın Tenerife şəhərinə yola düşməli olsa da, texniki səbəblərdən aeroporta təcili eniş edib.

Qeyd edək ki, Lionel Messi təyyarəni 2018-ci ildə 12,5 milyon avroya alıb.

Son xəbərlər

Orphus sistemi