Messinin cərimə zərbəsindən vurduğu iki qol "Barselona"ya qələbə qazandırıb

Messinin cərimə zərbəsindən vurduğu iki qol "Barselona"ya qələbə qazandırıb Bakı. 9 dekabr. REPORT.AZ/ Barselona futbol üzrə İspaniya Primerosunun 15-ci turunda Espanyol üzərində qələbə qazanıb.
Futbol
9 Dekabr , 2018 03:23
Messinin cərimə zərbəsindən vurduğu iki qol Barselonaya qələbə qazandırıb

Bakı. 9 dekabr. REPORT.AZ/ "Barselona" futbol üzrə İspaniya Primerosunun 15-ci turunda "Espanyol" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Kataloniya derbisi Barselona şəhərinin "RCDE - Kornelya-El Prat" stadionunda keçirilib və qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolların müəllifi Luis SuaresLionel MessiUsman Dembele olub. Messi cərimə zərbəsindən iki dəfə fərqlənərək dubl edib.

"Barselona" bu qələbə sayəsində xallarının sayını 31-ə çatdırıb və turnir cədvəlinə liderlik edir, "Espanyol" 21 xalla 9-cudur.

İspaniya - Primerosu. 15-ci tur

"Espanyol" – "Barselona" - 0:4

Qollar: 0:1 – Messi – 17, 0:2 – Dembele – 26, 0:3 – Suares – 45, 0:4 – Messi – 65

Son xəbərlər

Orphus sistemi