Messi və Zidan Moskvada DÇ-2018-in rəsmi topunu təqdim edib

Messi və Zidan Moskvada DÇ-2018-in rəsmi topunu təqdim edib Almaniyanın "Adidas" şirkətinin hazırladığı topun adı "Telstar 18"0dir
Futbol
9 Noyabr , 2017 22:43
Messi və Zidan Moskvada DÇ-2018-in rəsmi topunu təqdim edib

Bakı. 9 noyabr. REPORT.AZ/ Dünya futbolunun ulduzları 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının (DÇ-2018) rəsmi topunu Moskvada təqdim edib.

"Report" TASS-a istinadən xəbər verir ki, tədbirdə "Barselona" futbol komandasının hücumçusu Lionel Messi, "Real"ın baş məşqçisi Zinəddin Zidan, "Milan"ın və Braziliyanın keçmiş yarımmüdafiəçisi Kaka, "Yuventus"un və İtaliya yığmasının sabiq hücumçusu Alessandro Del Pyero, eləcə də "Real"ın və İspaniyanın keçmiş yarımmüdafiəçisi Xabi Alonso iştirak edib.

Almaniyanın "Adidas" şirkəti tərəfindən hazırlanan topun adı "Telstar 18"-dir.

DÇ-2018 oyunları iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Samara, Volqorad, Yekaterinburq, Kalininqrad, Soçi, Rostov Don və Saransk şəhərlərində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi