Messi Suriyada müharibəni dayandırmağa çağırıb

Messi Suriyada müharibəni dayandırmağa çağırıb "Bu bir ata kimi mənim ürəyimi ağradır"
Futbol
15 Mart , 2017 23:56
Messi Suriyada müharibəni dayandırmağa çağırıb

Bakı. 15 mart. REPORT.AZ/ Argentina yığması və Kataloniya "Barselona"sının futbolçusu Lionel Messi Suriyada müharibənin dayandırılmasını tələb etmək üçün birləşməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində yazıb.

"Müharibə üçün bir gün belə çoxdur. Suriyada isə uşaqlar artıq altı ildir ki, amansız və qəddar hərbi münaqişənin əsirinə çevriliblər. Bu, bir ata və UNİCEF-in səfiri kimi mənim ürəyimi ağradır. Müharibənin dayandırılması üçün öz səsinizi UNİCEF-ə əlavə edin", - deyə Messi yazıb.

Son xəbərlər

Orphus sistemi