Yuxarı
    Bağlamaq

    Messi Rusiyada keçiriləcək Argentina-Nigeriya matçını buraxacaq

    Barselonanın forvardı Rusiya ilə oyunda 90 dəqiqə meydanda olub

    Bakı. 11 noyabr. REPORT.AZ/ "Barselona"nn forvardı Lionel Messi noyabrın 14-də Rusiyanın Krasnodar şəhərində keçiriləcək Argentina-Nigeriya matçını buraxacaq.

    “Report” xəbər verir ki, bu barədə Rusiya ilə oyundan sonra keçirilən mətbuat konfransında Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli məlumat verib.

    Xatırladaq ki, Messi Rusiya ilə yoldaşlıq görüşündə 90 dəqiqə meydanda olub.

    "Nigeriya ilə oyuna çıxacaq heyət haqqında düşünməmişəm. Oyundan sonra hər bir futbolçunun fiziki göstəricilərinin necə olacağına baxmaq lazımdır. Lakin Leo Messi olmayacaq. Bu gün oynamayanlar, Krasnodarda meydana çıxacaqlar.

    Mundiala qədər az matçımız qalıb və oyunumuza qığılcım qatmalıyıq", — deyə "Çempionat" Sampaolinin sözlərini sitat gətirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi