Yuxarı

Messi "Real Madrid"lə oyunun hazırlıqlarına çağırılıb - YENİLƏNİB

Messi "Real Madrid"lə matçda iştirakı barədə özü qərar verəcək

Bakı. 6 fevral. REPORT.AZ/ "Barselona" sabah, fevralın 6-da Madrid "Real"ı ilə İspaniya Kubokunun ilk yarımfinal matçının hazırlıqlarına çağırılan 19 futbolçudan ibarət siyahını açıqlayıb.

“Report” xəbər verir ki, siyahıda bazar günü məşqi buraxan, bazar ertəsi isə ümumi qrupda məşq edən argentinalı hücumçu Lionel Messinin də adı var.

Oyunçuların tam siyahısı belədir:

Qapıçı - Ter Ştegen, Penya;

Müdafiəçilər - Semedu, Lanqle, Murilyo, Pike, Alba, Vermalen;

Yarımmüdafiəçilər - Rakitiç, Boatenq, Buskets, Roberto, Koutinyo, Alenya, Artur, Vidal, Malkom;

Hücumçular - Suares, Messi.


***23:00

Bakı. 5 fevral. REPORT.AZ/ "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi İspaniya Kubokunun fevralın 6-da keçiriləcək birinci yarımfinal oyununda "Real"a qarşı oynaya bilər.

“Report” xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri yazıb.

Mənbənin məlumatına görə, futbolçunun zədəsi yoxdur, lakin əzələ sıxılması var. Bununla əlaqədar olaraq, forvard "Real" ilə oyunda iştirak barədə qərarı özü qəbul edəcək. Argentinalı futbolçu bu gün qrup məşqində iştirak edib.

Messi İspaniya çempionatının 22-ci turunda "Valensiya" ilə oyunda (2:2) zədə alıb.

"Barselona" – "Real" matçı "Kamp Nou" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 00:00-da başlaycaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi