Bakı. 6 yanvar. REPORT.AZ/ Fransanın PSJ klubu İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messini gələcəkdə heyətinə qatma ehtimalını istisna etmir.
"Report" xəbər verir ki, bu barədə "El Mundo Deportivo" portalının məlumatında bildirilir.
Mənbənin məlumatına görə, "parislilər" bu transfer üçün rekord məbləğ - 250 milyon avro ödəməyə hazırdırlar.
Həmçinin bildirilir ki, argentinalının PSJ-yə keçidi 2016-cı ildə, isveçli forvard Zlatan İbrahimoviçin müqaviləsi başa çatdıqdan sonra klubu tərk edəcəyi təqdirdə baş tuta bilər.