Messinin pasport videosunu yayan polisə həbs cəzası verilib

Messinin pasport videosunu yayan polisə həbs cəzası verilib Dubay məhkəməsi qərar çıxarıb
Futbol
1 Fevral , 2016 14:04
Messinin pasport videosunu yayan polisə həbs cəzası verilib

Bakı. 31 may. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) polis bir aylıq həbs cəzasına məhkum olunub. "Report"un məlumatına görə, Dubay məhkəməsi asayiş keşikçisinin İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin şəxsi həyatına müdaxilə etməsini səbəb göstərib.

Polis argentinalı hücumçunun pasportu olan videoçarxı sosial şəbəkədə nümayiş etdirməsini yanlış addım sayaraq, üzr istəyib. O, futbolçunun razılığı əsasında bu addımı atdığını da əlavə edib.

Qeyd edək ki, Lionel Messi BƏƏ-yə 2015-ci ilin dekabrında Avropa Klubları Assosiasiyasının versiyası üzrə ilin ən yaxşı futbolçusunun mükafatlandırma mərasimində iştirak üçün gəlib. Dubay hava limanında xidmət aparan polis oyunçunun sənədini əlində tutaraq, "Yandırım, yoxsa geri qaytarım" yazısı ilə sosial şəbəkədə video yerləşdirib. Bu mövsüm Messi "Barselona"nın heyətində 23 oyuna 18 qol vurub. 

Son xəbərlər

Orphus sistemi