​Messi, Neymar və Suares yeni rekorda imza atıblar

​Messi, Neymar və Suares yeni rekorda imza atıblar Üçlük rəqib qapılarına 120 dəfə yol tapıb
Futbol
1 İyun , 2015 10:43
​Messi, Neymar və Suares yeni rekorda imza atıblar

Bakı. 1 iyun. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçuları Lionel Messi, Neymar və Luis Suares birlikdə yeni rekorda imza atıblar. "Report"un məlumatına görə, futbolçular İspaniyada ən çox qol vuran üçlük adını qazanıblar.

İspaniya Kral kubokunun finalında "Atletiko" (Bilbao) ilə qarşılaşan kataloniyalıların hücumçuları rəqib qapısından 3 (3:1) top keçirməklə bu rəqəmi 120-yə çatdırıblar.

Qeyd edək ki, bundan öncə həmin rekord Madrid "Real"ının futbolçuları Kriştiano Ronaldu, Kərim Benzema və Qonzalo İquaniə məxsus idi.

Son xəbərlər

Orphus sistemi