Messi Müllerin bir klubda vurduğu qol rekordunu üstələyib

Messi Müllerin bir klubda vurduğu qol rekordunu üstələyib Messi "Barselona"nın oyunçusu kimi 401 oyunda 366 qol vurub
Futbol
15 Yanvar , 2018 04:31
Messi Müllerin bir klubda vurduğu qol rekordunu üstələyib

Bakı. 15 yanvar. REPORT.AZ/ "Barselona" futbol komandasının argentinalı hücumçusu Lionel Messi "Böyük beşlik" ölkələri çempionatlarında bir klubun heyətində (yalnız bir ölkənin milli çempionatı nəzərdə tutulur) vurduğu qolların sayına görə Münhenin "Bavariya" klubunun keçmiş oyunçusu Gerd Müllerin rekordunu üstələyib.

"Report" xəbər verir ki, bu barədə "Sport-Ekspress" məlumat yayıb.

Qeyd edilir ki, hücumçu İspaniya çempionatının 19-cu turunda cərimə zərbəsi ilə topu "Real Sosedad"ın qapısından keçirib. Bu, Messinin turnirdə "Barselona"nın oyunçusu kimi 401 oyunda 366-cı qolu olub.

1964-cü ildən 1979-cu ilə kimi alman klubunda çıxış etmiş Müllerin isə Almaniya çempionatındakı hesabında 427 matçdan 365 qol var.

Messi yanvarın 12-də İspaniya Kubokunun 10 ən yaxşı bombardiri olub.

Son xəbərlər

Orphus sistemi