Messi mövsümün futbolçusu seçimində birinci yeri tutub

Messi mövsümün futbolçusu seçimində birinci yeri tutub CİES-in hesablamalarına əsasən, Ronaldu 16-17-ci yerləri bölüşüb
Futbol
15 May , 2018 11:01
Messi mövsümün futbolçusu seçimində birinci yeri tutub
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) 2017-2018 mövsümündə Avropanın "böyük 5-lik" liqalarındakı ən yaxşı futbolçuların reytinq siyahısına dair versiyasını açıqlayıb.

"Report"un məlumatına görə, birinci yeri İspaniya "Barselona"sının hücumçusu Lionel Messi 92,12 faydalılıq əmsalı ilə tutub. İkinci yerdə İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi David Silva (91,69), üçüncü pilləni isə İtaliya "Yuventus"unun forvardı Paulo Dibala (91,37) tutur.

"Qızıl top"un hazırkı sahibi, "Real Madrid"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İtaliya "Napoli"sinin forvardı Lorentso İnsinye ilə birgə 88,58 əmsalla 16-17-ci yerləri bölüşdürür.

Qeyd edək ki, Lionel Messi ötən mövsüm İspaniya çempionatında 35 oyuna çıxıb. O, 34 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Kriştianu Ronaldu isə 26 oyunda 25 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi