Messi La Liqada 16 il ardıcıl qol vuran ilk oyunçu olub

Messi La Liqada 16 il ardıcıl qol vuran ilk oyunçu olub İspaniya La Liqasının 20-ci turunun matçında Katalon Barselona”sı Qranadanı qəbul edib.
Futbol
20 Yanvar , 2020 08:03
Messi La Liqada 16 il ardıcıl qol vuran ilk oyunçu olub

İspaniya La Liqasının 20-ci turunun matçında Katalon "Barselona”"Qranada"nı qəbul edib. 

“Report” xəbər verir ki, görüş Barselonanın "Kamp Nou" stadionunda keçirilib və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qolu Lionel Messi vurub. Bu, onun 2020-ci ilin İspaniya çempionatında vurduğu birinci qol olub. 32 yaşlı argentinalı 16 təqvim ili boyunca İspaniya çempionatında qol vurmuş birinci oyunçu olub.

Qeyd edək ki, yalnız "Yuventus"un hücumçusu Kriştianu Ronaldu (18 il), "Verona"nın hücumçusu Campaolo Passini (17 il) və fransız "Bordo”sun forvard Cimmi Brian (17 il) hazırda yüksək nəticəyə malikdirlər.

"Barselona" bu qələbədən sonra 43 xalla İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir. "Qranada" 27 xalla 10-cu yeri tutur. 

Son xəbərlər

Orphus sistemi