​Messi karyerasının sonunadək "Barselona"da çıxış etmək niyyətindədir

​Messi karyerasının sonunadək "Barselona"da çıxış etmək niyyətindədir 28 yaşlı futbolçu 2004-cü ildən Kataloniya klubunun şərəfini qoruyur
Futbol
13 Yanvar , 2016 04:20
​Messi karyerasının sonunadək Barselonada çıxış etmək niyyətindədir

Bakı. 13 yanvar. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi karyerasını Kataloniya klubunda başa vurmağa hazırlaşdığını növbəti dəfə təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə AS nəşri yazıb.

"Mən bir daha təkrar edirəm: karyeramı evimdə - "Barselona"da başa vurmaq istəyirəm. Mənim planlarım? İstəyirəm ötən il olanları bütünlüklə təkrar edim", - deyə Messi bildirib.

28 yaşlı futbolçu 2004-cü ildən Kataloniya klubunun şərəfini qoruyur. Messi komandada 503 oyun keçirib və 430 qol vurub. O, 7 dəfə İspaniya çempionu, 3 dəfə İspaniya Kubokunun qalibi, 6 dəfə İspaniya Superkubokunun sahibi, 4 dəfə Çempionlar Liqasının qalibi, 3 dəfə UEFA Superkubokunun sahibi, 3 dəfə Klublararası Dünya Çempionatının qalibi və 5 dəfə "Qızıl top"un sahibi olub.

Son xəbərlər

Orphus sistemi