Yuxarı

Messi İspaniyanın Argentinaya vurduğu 6-cı qoldan sonra tribunanı tərk edib

Messi İspaniyanın Argentinaya vurduğu 6-cı qoldan sonra tribunanı tərk edib
Messi məşq zamanı cüzi zədə aldığından oyunda iştirak edə bilməyib

Bakı. 28 mart. REPORT.AZ/ Futbol üzrə Argentina millisi və "Barselona" (İspaniya) klubunun hücumçusu Lionel Messi yoldaşlıq matçında İspaniyanın argentinalıların qapısına vurduğu 6-cı qoldan sonra (6:1) tribunanı tərk edib.

“Report” xəbər verir ki, Messi məşq zamanı cüzi zədə aldığından oyunda iştirak edə bilməyib.

İspaniyaya məğlubiyyət Argentina üçün antirekordun təkrarı olub.

1958-ci ildə Argentina eyni hesabla Çexoslovakiyaya, 2009-cu ildə isə Boliviyaya məğlub olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi