Messi İspaniya çempionatında "qol+ötürmə" sistemi üzrə 500-cü xalını toplayıb

Messi İspaniya çempionatında "qol+ötürmə" sistemi üzrə 500-cü xalını toplayıb Onun aktivində 360 qol, 140 məhsuldar ötürmə var
Futbol
22 Oktyabr , 2017 01:42
Messi İspaniya çempionatında qol+ötürmə sistemi üzrə 500-cü xalını toplayıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi futbol üzrə İspaniya çempionatı oyunlarında "qol+ötürmə" sistemi üzrə topladığı xalları 500-ə çatdırıb.

“Report” xəbər verir ki, hücumçu La Liqanın 9-cu turunda "Malaqa" ilə oyunda vurulan ikinci qolun ötürməsini verib. Həmin epizodda Andres İnyesta fərqlənib.

Beləliklə, hazırda Messinin aktivində İspaniya çempionatında keçirdiyi oyunlar üzrə 360 qol və 140 məhsuldar ötürmə var.

Son xəbərlər

Orphus sistemi